“Neftçi”nin kapitanının son vəziyyəti açıqlandı

12-03-2024, 23:00 211 dəfə baxılıb

 

“Neftçi”nin kapitanı Emin Mahmudovun son durumu açıqlanıb.

Klubdan  verilən məlumata görə, Premyer Liqanın XXVI turunda “Kəpəz”lə səfər oyununda zədələnən yarımmüdafiəçinin daban oynağında ödəm müşahidə olunub.

31 yaşlı futbolçunun bağlarında ciddi zədə olmadığı bildirilib. Artıq müalicə prosesinə başlanılıb. Emin Mahmudovun 2-3 günə məşqlərə qoşulması planlaşdırılır.

Qeyd edək ki, Emin Mahmudov 3:3 hesabı ilə yekunlaşan “Kəpəz”lə görüşün 78-ci dəqiqəsində əvəzlənib. “Ağ-qaralar” növbəti matçını martın 15-də “Səbail”ə qarşı keçirəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930