Azərbaycan Avropa çempionatına 13 cüdoçu ilə gedəcək

2-04-2024, 16:44 96 dəfə baxılıb

 

Aprelin 25-də Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub.

“Azerinews.az” Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkəmizi 3 günlük yarışda qadınlar və kişilər arasında 9 çəki dərəsində 13 idmançı ilə təmsil edəcək.

Qadınlarda Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq) və Acelya Toprak (57 kq), kişilərdə Balabəy Ağayev, Turan Bayramov (60 kq), Yaşar Nəcəfov (66 kq), Hidayət Heydərov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Zelim Tçkayev (81 kq), Murad Fətiyev, Elcan Hacıyev (hər ikisi 90 kq), Zelim Kotsoyev (100 kq) tatamiyə çıxacaqlar.

Avropa çempionatında cüdoçular böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elçin İsmayılov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədovun rəhbərliyi altında mübarizə aparacaqlar.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930