"Neftçi"dən yeni mövsüm üçün ilk transfer

23-05-2024, 23:30 141 dəfə baxılıb

 

Yeni mövsümdə çempionluğu hədəfləyən "Neftçi" ilk transferini edib.

"Azerinews.az" xəbər verir ki, Bakı klubu Monteneqro millisinin və Kosovonun "Balkani" komandasının yarımmüdafiəçisi Edvin Kutsla anlaşıb.

Bu barədə 31 yaşlı futbolçu Edvin Kuts özü açıqlama verib. "Balkani" ilə vidalaşan futbolçu karyerasını "Neftçi"də davam etdirəcəyini açıqlayıb.

Qeyd edək ki, Edvin Kuts 2023-cü ildən çıxış etdiyi Monteneqro millisində 3 oyuna 3 qol vurub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930