Dünya çempionumuz Vətənə döndü - FOTO

24-05-2024, 11:20 116 dəfə baxılıb

 

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında qızıl medal qazanan Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kiloqram) Vətənə dönüb.

 "Azerinews.az"  xəbər verir ki, cüdoçunu Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Cüdo Federasiyasının nümayəndələri, media mənsubları, azarkeşlər və idmançının yaxınları qarşılayıblar.

 Z. Kotsoyev dünya çempionatında qazandığı nəticə ilə "Paris-2024" Yay Olimpiya Oyunlarına öz çəki dərəcəsində reytinq cədvəlinin lideri olaraq yollanacaq.

 Qeyd edək ki, dünya çempionatına bu gün yekun vurulacaq. Azərbaycanın 11 cüdoçu ilə təmsil olunduğu yarışda ölkəmiz iki qızıl medal qazanıb. Zelim Kotsoyevdən öncə Hidayət Heydərov (73 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930