İdmançılarımız Avropa çempionatını 11 medalla başa vurdular

27-05-2024, 13:27 109 dəfə baxılıb

İdmançılarımız Avropa çempionatını 11 medalla başa vurdular
Azərbaycanın sumo üzrə milli komandaları Yunanıstanın Lutraki şəhərində keçirilmiş Avropa çempionatında uğurla çıxış ediblər.

 Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 21 yaşlılar arasında Abdullah Şərif (85 kiloqram) qızıl, Cavidan Nəhmətov (77 kiloqram) və Fərid Əhmədov (92 kiloqram) isə bürünc medala sahib olublar.

 U-23 yaş kateqoriyası üzrə Abdullah Şərif (85 kiloqram) gümüş, Xasay Yusif (115 kiloqram və mütləq çəki) 2 bürünc medal əldə edib.

 Digər idmançılardan Cavidan Nəhmətov (77 kiloqram) və Məhəmməd Əliyev (70 kiloqram) bürünc medala layiq görülüblər.

 Böyüklər arasında Çingiz Səmədov (100 kiloqram) gümüş, Abdullah Şərif (85 kiloqram) və Rəsul Məmmədzadə (77 kiloqram) bürünc medal qazanıblar. Bu nəticə ilə böyüklərdən ibarət yığma komanda hesabında üçüncü olub.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930