Sabiq məhkəmə hakimi İlyas Mahmudov hökmdən narazı qalıb

26-01-2024, 11:45 3 dəfə baxılıb

 

Rüşvət müqabilində qanunsuz qərardad çıxarmaqda təqsirli bilinərək məhkum edilmiş sabiq məhkəmə hakimi İlyas Mahmudov hökmdən narazı qalıb.

“Azerinews.az” xəbər verir ki, keçmiş hakim bəraət tələbi ilə apellyasiya şikayəti verib.

Müttəhimin özünün istintaq təcridxanasında yazdığı şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, 2008-2019-cu illərdə Sumqayıt Şəhər Məhkəməsinin hakimi işləmiş İlyas Mahmudov 2022-ci ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 295.1 (bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərardad çıxarma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Mahmudov verilmiş ittihamla təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031