Azərbaycanda elektron reseptə tam keçid ilin sonuna kimi təmin ediləcək

4-03-2024, 15:03 6 dəfə baxılıb

Bu il yanvar ayının 1-dən elektron resept sisteminin ölkə ərazisində fəaliyyət göstərən bütün tibb müəssisələrində tətbiqinə başlanılıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, sistemə həm özəl, həm də dövlət tibb müəssisələrində tam keçid mərhələli şəkildə ilin sonuna kimi təmin ediləcək.

"Özəl və ya dövlət tibb müəssisəsində çalışan, resept yazmaq səlahiyyətinə malik şəxslər üçün sistemə ayrıca giriş yaradılır. Bu şəxslər sistemə daxil olaraq, “resept yaz” bölməsində reseptləri yazırlar", - deyə məlumatda qeyd edilib.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031