“Azərbaycanda apteklər həmin ölkələrdən 10 dəfə çoxdur”

18-04-2024, 12:40 110 dəfə baxılıb

 “Ümumdünya Səhiyyə Təşkilatının orta insan ömrü hesabatlarına görə, 190 ölkə arasında Azərbaycan 119 ölkədən geri qalır. Azərbaycanda aptek şəbəkələri orta insan ömrü uzun olan ölkələrdən 10 dəfə çoxdur”.  

“Azerinews.az” xəbər verir ki, bu fikirləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Milli Məclisin Aqrar siyasət komitəsinin “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirilən ictimai dinləmədə deyib. 

O bildirib ki, sahibkarlıqda yoxlamaların azaldılması ilə bağlı qanunvericilik aktına mütləq dəyişiklik olunmalıdır: “Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi cəld yoxlama mexanizminə malik olmalıdır. Bu vaxta qədər quru sərhəd keçidlərində AQTA-nın şöbələrinin olmaması narahatlıq yaradan məsələdir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930