Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA

30-04-2024, 15:48 94 dəfə baxılıb

 “Hazırda Azərbaycanda koronavirus infeksiyasına yoluxma, demək olar ki, yox səviyyəsindədir”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, gün ərzində maksimum 10-15 yoluxma hadisəsi qeydə alınır.

GEM rəsmisi digər xüsusi təhlükəli yoluxucu xəstəliklərdən danışarkən bildirib ki, bu günə qədər peyvənd olunan körpələr arasında hepatit B virusuna rast gəlinməyib:

“Tək-tək hallarda isə vərəm qeydə alınır. Bu da sosial xəstəlik olduğundan tam nəzarət altında saxlamaq mümkün deyil. Göy öskürəklə əlaqəli keçən il ölkədə tək-tük hallarda xəstəxanalar təsdiqlənməmiş diaqnoz qoyublar. Çünki göy öskürəyin təsdiqi üçün mütləq laboratoriya müayinəsi olmalıdır. Ötən il 36 xəstədən yalnız üçündə göy öskürək faktı öz təsdiqini tapıb. Ümumilikdə hər hansı hadisə tələblərə uyğun təsdiq olunursa, hesabata daxil edilir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930