Səhiyyə naziri əhaliyə çağırış etdi

6-05-2024, 13:30 128 dəfə baxılıb

 Səhiyyə naziri Teymur Musayev elektron reseptlərlə bağlı əhaliyə çağırış edib.

“Azerinews.az” xəbər verir ki, nazir elektron reseptin vətəndaşın sağlamlığına dair lazım olan məlumatı özündə cəmləşdirib əlçatanlığı təmin edən bir platformaya çevriləcəyini açıqlayıb.

T. Musayev hər kəsi “Reseptim” tətbiqini yükləməyə səsləyib: “Elektron resept istər əczaçı üçün, istər sıravi vətəndaş üçün, istərsə də həmin resepti yazan tibb işçisi üçün vahid bir platformadır. Tədricən elektron resept bütün kağız reseptləri əvəzləyəcək, yazılan bütün reseptlər – istər həkimin kabinetində, istərsə də vətəndaşın istifadə elədiyi mobil telefonda qorunub saxlanılacaq.

Bir çağırış etmək istəyərdim: gedin tətbiqi yükləyin, burada bir problem yoxdur. Həqiqətən də, vətəndaşlar faydalanacaqlar”.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031