Zelenski İlham Əliyevi təbrik edib: “Əminəm ki, strateji münasibətlərimiz yalnız möhkəmlənəcək”

8-02-2024, 13:58 5 dəfə baxılıb

Ukrayna Prezidenti Volodimir Zelenski İlham Əliyevi prezident seçkilərində qələbə münasibətilə təbrik edib.

“Azerinews.az”ın məlumatına görə, Ukrayna prezidenti özünün “X” hesabında İlham Əliyevə xalqın rifahı naminə gələcək uğurlu və səmərəli fəaliyyət arzulayıb:

“İlham Əliyevi yeni müddətə Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edirəm. Sizə Azərbaycan xalqının rifahı naminə gələcəkdə uğurlu və səmərəli fəaliyyət arzulayıram. Mən dövlətlərimizin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı qaydada dəstəyəklənməsini yüksək qiymətləndirirəm.

Ölkəmizin azadlıq mübarizəsi apardığı tarixi bir dövrdə humanitar və digər yardımlara görə Azərbaycana minnətdarıq.

Prezident Əliyevlə şəxsi konstruktiv və etimadlı münasibətləri, razılaşmaların yerinə yetirilməsini və komandalarımız arasında səmərəli qarşılıqlı fəaliyyəti yüksək qiymətləndirirəm.

Əminəm ki, Ukrayna və Azərbaycan arasında strateji münasibətlər yalnız möhkəmlənəcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930