Oktyabrda sosial şəbəkələrdə ən çox reaksiya görən dövlət qurumlarının paylaşımları açıqlanıb

4-12-2023, 13:33 8 dəfə baxılıb

Media Təhlil Mərkəzi oktyabr ayı üzrə “Dövlət qurumlarının sosial şəbəkələrdə aktivlik indeksi” hesabatını açıqlayıb.

"Azerinews.az" hesabat əsasında apardığı təhlilə görə, oktyabrda “Facebook” sosial şəbəkəsində dövlət qurumlarının paylaşımları arasında ən çox reaksiya toplayan (total interactions) Müdafiə Nazirliyin Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndi şəhərindəki nitqi ilə bağlı paylaşımıdır.

“Instagram” sosial şəbəkəsində ən çox reaksiya toplayan Daxili İşlər Nazirliyinin Azərbaycan polisi ilə bağlı paylaşımıdır.

“X” sosial şəbəkəsində ən çox reaksiya toplayan Dövlət Reklam Agentliyinin Prezident İlham Əliyevin rəsmi “X” hesabından repost etdiyi Türkiyənin Cümhuriyyət günü, Xankəndi və Ağdərə şəhərlərində, Sərsəng su anbarının ərazisində Azərbaycan Dövlət Bayrağının ucaldılması ilə bağlı paylaşımlar olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930