Novruz Bayramında 7 gün iş olmayacaq

27-02-2024, 15:39 33 dəfə baxılıb

 Novruz Bayramında 7 gün iş olmayacaq.

"Azerinews.az" xəbər verir ki, Nazirlər Kabinetinin “2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2024-cü il 20, 21, 22, 23 və 24 mart Novruz bayramı müəyyən edilib.

Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Bu il 23 və 24 mart şənbə və bazar günlərinə təsadüf etdiyi üçün 25 və 26 mart (bazar ertəsi və çərşənbə axşamı) qeyri-iş günləri olacaq.

Beləliklə, gələn il Novruz Bayramı ilə əlaqədar ardıcıl olaraq martın 20, 21, 22, 23, 24, 25 və 26-da iş olmayacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031