Vergi orqanlarına təyin edilən vəzifəli şəxslərə yaş həddi şamil edilmir

13-03-2024, 13:38 103 dəfə baxılıb

 Azərbaycan Prezidenti tərəfindən vergi orqanlarına təyin edilən vəzifəli şəxslərə xidmətdə olması üçün son [65 yaş -red.] yaş həddi şamil edilmir.

 

"Azerinews.az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinini iclasında deyib.

 

Onun sözlərinə görə, bu, digər dövlət qulluğunda işləyənlər üçün də belədir: “Prezident tərəfindən təyin edilən vəzifəli şəxslərin istər 65 yaşı olsun, istər 70 yaşı qanunun müvafiq maddəsi ona aid edilmir”.

 

Qeyd edək ki, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə əlavə olunan yeni maddəyə əsasən, vergi orqanlarının vəzifəli şəxslərinin xidmətdə olmasının yaş həddi 65 yaşdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031