“Venesuelada itkimiz yoxdur” - Ağ Ev rəsmisi

3-01-2026, 15:59 6 dəfə baxılıb

 

ABŞ-nin Venesuelada həyata keçirdiyi zərbələr zamanı Birləşmiş Ştatlar ordusu tərəfındən heç bir itki qeydə alınmayıb.


“Azerinews.az” xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti Ağ Ev rəsmisinə istinadən məlumat yayıb.


Mənbə qeyd edib ki, əməliyyat zamanı amerikalı hərbçilər arasında ölən və ya yaralanan olmayıb. Bununla belə, Ağ Ev rəsmisi Venesuela tərəfinin verdiyi itkilərlə bağlı hər hansı şərh verməkdən imtina edib.


Xatırladaq ki, bu gün səhər saatlarından etibarən ABŞ Venesuelaya hava zərbələri endirib. Son məlumatlara görə, ölkə prezidenti Nikolas Maduro və xanımı ABŞ hərbçiləri tərəfindən ələ keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031