ABŞ İranın Dəməşqdəki konsulluğuna hücumla bağlı məlumat yayıb

2-04-2024, 11:07 236 dəfə baxılıb

Rəsmi Vaşinqton İran İslam Respublikasının Dəməşqdəki konsulluğunun diplomatik binasına hücumdan əvvəlcədən xəbərdar olmayıb.

Bu barədə ABŞ Prezident Administrasiyası məlumat yayıb.

Qeyd edək ki, bu gecə İsrail Hərbi Hava Qüvvələrinin Suriya paytaxtının qərbində, İran konsulluğunun yerləşdiyi Mezze məhəlləsinə raket hücumu nəticəsində azı 11 nəfər həlak olub.

Məlumata görə, ölənlərdən yeddisi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabitləri, üçü Suriya, biri isə Livan vətəndaşıdır.

Mənbə: NBC News






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031