ABŞ və İsrail İranın hücumuna hazırlaşır: Hərbi qüvvələr yüksək hazırlıq vəziyyətinə gətirildi

6-04-2024, 13:40 126 dəfə baxılıb

 “ABŞ və İsrail İrandan gələ biləcək mümkün hücumla bağlı öz hərbi qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətiriblər”.

Bu barədə “The New York Times” nəşri mənbələrə istinadən yazıb.

ABŞ KİV-də dərc olunan xəbərlərdə bildirilib ki, İran Dəməşqdəki konsulluğuna edilən hücuma cavab olaraq yaxın vaxtlarda zərbə endirə bilər.

Həmçinin jurnalistlərin əldə etdikləri məlumata görə, eyni zamanda İsrail Silahlı Qüvvələri döyüş bölmələrindəki hərbçilərin işdən azad olunmaları ilə bağlı məsələləri də ləğv edib. Bundan əlavə, onlar ehtiyatda olan bəzi əsgərləri hava hücumundan müdafiə bölmələrinə çağırıb, GPS siqnallarını bloklayıblar.

Həmçinin iki İran rəsmisi nəşrə bildirib ki, İrandakı silahlı qüvvələr də yüksək döyüş hazırlığı vəziyyətindədir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031