HƏMAS Türkiyədə və digər ölkələrdə gizli bazalar yaratmağı planlaşdırıb

14-05-2024, 12:08 120 dəfə baxılıb

 

HƏMAS liderlərindən birinin Qəzza zolağındakı evində hərəkatın digər ölkələrdə, o cümlədən Türkiyədə bölmələrini yaratmaq planları olan sənəd aşkar edilib.

Sənədin İsrail Müdafiə Ordusu (SAXAL) tərəfindən HƏMAS-ın yüksəkrütbəli üzvü, hərəkatın Qəzza zolağındakı lideri Yəhya Sinvara yaxın Həmzə Əbu Şənəbin evindən ələ keçirildiyi iddia edilir.

Qeyd olunur ki, plan üzrə bir neçə il ərzində bir çox ölkələrdə çoxlu sayda hərbi hücrənin və kəşfiyyat məntəqəsinin yaradılması nəzərdə tutulub. Türkiyədə və İsraillə qonşu olan digər ölkələrdə bazalar hərəkata yəhudi dövləti ilə əlaqəli hədəflərə zərbələri koordinasiya etmək üçün lazım olub.

Mənbə: The Times






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031