Baydendən bəyanat: "Qəzza zolağında baş verənləri soyqırımı hesab etmirik"

21-05-2024, 22:30 0 dəfə baxılıb

 

ABŞ Prezidenti Co Bayden İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağındakı hərəkətlərini soyqırımı hesab etmədiyini bildirib.

Bu barədə ABŞ lideri Ağ Evin Qızılgül bağında ABŞ-nin yəhudi irsinə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı deyib.

"İcazə verin aydınlıq gətirim, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən İsrailə qarşı irəli sürülən ittihamların əksinə olaraq, Qəzza zolağında baş verənlər soyqırımı deyil. Biz bunu rədd edirik. Biz İsrailin yanındayıq", - deyə Bayden administrasiyasının mövqeyini təsdiq edib.

Onun sözlərinə görə, ABŞ Qəzzada Fələstinin radikal HƏMAS hərəkatının lideri Yəhya Sinvarın aşkarlanmasında İsrailə kömək edir.

"Biz Sinvarın və HƏMAS-ın qalan qəssablarının məhv edilməsində İsrailin yanındayıq. Biz HƏMAS-ın məhv olmasını istəyirik və bunun baş verməsi üçün İsraillə işləyirik", - deyə Bayden əlavə edib.

Mənbə: TASS






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930