FT: Aİ XİN başçılarının görüşündə müzakirə olunacaq mövzular açıqlanıb

30-05-2024, 12:26 118 dəfə baxılıb

 

Şərq cinahının müdafiəsi üçün NATO-nun hava hücumundan müdafiə potensialı sadəcə 5 faiz həcmindədir.

 “Financial Times”ın xəbərinə görə, bu barədə alyansdakı mənbələr açıqlama verib.

Bildirilib ki, Yunanıstan və Polşanın hökumət başçıları Avropa Komissiyasının prezidenti Ursula von Der Leyenə göndərdikləri məktubda həmin faktoru xüsusilə qeyd ediblər.

Məhz bu məqsədlə alyans ölkələrinin XİN başçıları mayın 30-da İsveçdə toplaşacaq.

Görüşün əsas mövzusunu Avropanın müdafiə qabiliyyətinin gücləndirilməsi, eləcə də Rusiyanın mümkün eskalasiya xarakterli addımlarından qorunmaq təşkil edəcək.

Nəşr onu da xatırladır ki, rəsmi Moskvanın addımları Almaniya da daxil olmaqla, bir sıra dövlətləri uzunmüddətli effektiv qərarların qəbulu üzərində düşünməyə vadar edib. Təkliflərdən biri də Avrozonanın ABŞ və İsrailin hava hücumundan müdafiə sistemlərindən istifadə etməsi olsa da, Fransanın bu təklifin əleyhinə çıxması tərəflər arasında fikir ayrılığı yaradıb. Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis İsrailin “Dəmir günbəz” sisteminə analoq sayılacaq vasitələrin tətbiqi üzərində düşünməyin vacibliyini qeyd edib.

Bu arada, NATO-nun adının açıqlanmasını istəməyən rəsmisi alyansın bu istiqamətdəki planları barədə sualını cavablamaq istəməyib. Bildirib ki, belə informasiyalar məxfi xarakter daşıyır.

O, Qərb ölkələrinin yeni hava hücumundan müdafiə sistemlərinə sərmayə cəlb etdiyini desə də, onların vahid çətir altında inteqrasiyasının yaranan problemləri həll edəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, bir qədər əvvəl “Bloomberg“ Fransa ilə Almaniyanın bu həftə ərzində hava hücumundan birgə müdafiə tədbirləri üzrə müştərək plan açıqlayacağını yazıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930