Orbanla Zelenski görüşdü

2-07-2024, 17:16 131 dəfə baxılıb

 

Macarıstanın Baş naziri Viktor Orban bu gün Kiyevə səfər edərək Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.

“Azerinews.az” xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti məlumat yayıb.

Bildirilib ki, Baş nazir digər Ukrayna rəsmiləri ilə də görüş keçirəcək.

Qeyd edək ki, bu, Orbanın müharibə başlayandan sonra Ukraynaya ilk səfəri olacaq.

***

Ukraynanın “Strana” portalının məlumatına görə, V.Orban Kiyevdə rəsmi səfərdədir. 

Rəsmi Budapeşt də Orbanın hazırda Kiyevdə olduğunu təsdiq edib.

***

Kiyevdə Viktor Orbanla Volodimir Zelenski arasında görüş keçirilib.

Görüşdən sonra tərəflər iki ölkə arasında problemləri nizamlamağa imkan verəcək saziş üzərində işləməyə razılaşdıqlarını açıqlayıblar. 

Orban, həmçinin qeyd edib ki, Budapeşt Avropa İttifaqı Şurasına sədrliyi dövründə Ukraynaya yardım etməyə hazırdır və ölkə iqtisadiyyatının modernləşdirilməsini dəstəkləyir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031