Moskvada 134 ilin ən isti havası qeydə alındı
İyulun 2-də Moskvada havanın temperaturu ilə bağlı 134 illik rekord qeydə alınıb.
“Azerinews.az” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi rəhbəri Roman Vilfand açıqlayıb.
Belə ki, dünən Moskvada havanın temperaturu +32°C təşkil edib və 1890-cı ilin rekordunu yeniləyib.
“Fobos” mərkəzi isə bu gün paytaxtda havanın temperaturunun müsbət 33 dərəcəyə çata biləcəyini, bununla da 1917-ci ilin rekordunu yeniləyəcəyini proqnozlaşdırıb.