Ermənistandan Kamil Zeynallı haqqında gözlənilən-Açıqlama
“Ermənistanın Baş Prokurorluğu azərbaycanlı məşqçi Kamil Zeynallının Rusiyada ölkənin sorğusu əsasında saxlanılması barədə rəsmi məlumata sahib deyil”.
“Azerinews.az” xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.
Xatırladaq ki, tanınmış fitnes məşqçisi Kamil Zeynallı dünən gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. O, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsini göstərib. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu onun Ermənistanın tələbi ilə saxlanılmasını təsdiq edib.