NYT: ABŞ İsrailin mayda İrana zərbə endirmək planını dəstəkləməyib

17-04-2025, 09:23 3 dəfə baxılıb

NYT: ABŞ İsrailin mayda İrana zərbə endirmək planını dəstəkləməyib


İsrail 2025-ci ilin mayında İranın nüvə obyektlərinə zərbə endirməyi planlaşdırırsa da, ABŞ Prezidenti Donald Tramp belə bir addımı dəstəkləmədiyi üçün bundan imtina edib.

Bu barədə “The New York Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Onların məlumatına görə, İsrail ABŞ-nin hücumun hazırlanmasında fəal iştirak edəcəyinə və yəhudi dövlətini İranın mümkün cavab zərbəsindən qoruyacağına əmin idi. Hücum vasitəsilə Tehranın nüvə silahı hazırlamaq səylərini ən azı bir il iflic etmək nəzərdə tutulurdu.

Lakin nəşrdə qeyd olunduğu kimi, Tramp İranla fikir ayrılıqlarının diplomatik həlli kursunu seçib və aprel ayının əvvəlində İsrailə ABŞ-nin islam respublikasına qarşı hərbi əməliyyatın keçirilməsini dəstəkləməyəcəyi barədə məlumat verib. Amerika lideri bu məsələni Vaşinqtonda İsrail Baş naziri Binyamin Netanyahu ilə görüşündə qaldırmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930