Tuhel və Kimmix arasında gərginlik

20-02-2024, 20:30 0 dəfə baxılıb

 

“Bavariya”nın baş məşqçisi Tomas Tuhelin futbolçu Coşua Kimmixi ilə arasında münaqişə yaranıb. “Azerinews.az” “Bild”ə istinadən xəbər verir ki, buna səbəb “Bohum”la (2:3) oyunda futbolçunun əvəzlənməsi olub.

Alman nəhəngi baş məşqçi və oyunçu arasında yaranmış bu soyuqluğa görə yarımmüdafiəçi axtarışındadır.

29 yaşlı futbolçunun bundan xəbərdar olması isə vəziyyəti daha da gərginləşdirib.

Qeyd edək ki, 2015-ci ildən “Bavariya”da çıxış edən futbolçu bu mövsüm keçirilən 26 oyunda 1 qol vurub və 6 məhsuldar ötürmə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930