Azərbaycan yığmasının yekun heyəti açıqlandı

16-05-2024, 01:00 136 dəfə baxılıb

 

Qızıl Avropa Liqasında iştirak edəcək kişi voleybolçulardan ibarət Azərbaycan yığma komandasının heyəti açıqlanıb. “Azerinews.az” xəbər verir ki, 14 oyunçudan ibarət yekun heyətə 7 hücumçu, 3 blokçu, 2 toppaylayıcı və 2 liberonun adı daxil edib.

Baş məşqçi Fərid Cəlalov hücumçular - Vüqar Bayramov, Andrey Melnikov, Andrey Vasilenko, Cavid Əzimov, Yusif Bünyatov, Aslan Həmidov, Ruslan Əliyev, blokçular - Elmin Alışanov, Mərdan Məmmədov, Emil Aşumov, toppaylayıcılar - Roman Qurski, Əmirmehdi Ablou və liberolar - Kənan Allahverdiyev, Nihad Qasımova dəvət göndərib.

17-19 may tarixlərində Azərbaycanda keçiriləcək ilk turda komandamız Rumıniya və Ukrayna yığmaları ilə üz-üzə gələcək. Mayın 24-dən 26-dək Belçikada baş tutacaq ikinci turda millimiz ev sahibləri, həmçinin Şimali Makedoniya ilə qarşılaşacaq. Estoniyada reallaşacaq üçüncü tur isə 31 may - 2 iyun tarixlərində baş tutacaq. Budəfəki rəqiblərimiz isə meydan sahibləri ilə yanaşı, Lüksemburq olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930