"İlham Əliyev və Paşinyan indi yaxşı dostlardır”

22-04-2026, 14:01 85 dəfə baxılıb

 

"Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan indi yaxşı dostlardır”.


“Azerinews.az” xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff Mayami Universitetində keçirilən ənənəvi “Real Estate Impact” konfransında çıxışı zamanı söyləyib. 


“Onları Prezident Tramp yaxınlaşdırdı. Bu, olduqca diqqətəlayiqdir”, - Uitkoff deyib. 


O, sazişin ictimaiyyətin diqqətindən kənarda aparılan məqsədyönlü diplomatik səylər sayəsində sürətlə əldə edildiyini deyib. Trampın xüsusi elçisi medianın təzyiqinin olmamasının irəliləyişə kömək etdiyini qeyd edib: “Biz anlaşılmazlıqları aradan qaldırırıq... Azərbaycan və Ermənistan - biz bunun üzərində işlədik - prezident baxımından bu sövdələşmə ən asan sövdələşmə idi, çünki “New York Times”ın bundan xəbəri yox idi. Ona görə də bizim etdiklərimiz barədə pis heç nə deyə bilmədilər. Biz bu sazişi altı həftəyə əldə etdik”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031