Diplomu tanınmayan universitetlərin siyahısı açıqlanacaq

9-04-2024, 11:00 136 dəfə baxılıb

 

Təhsildə Keyfiyyət Təminatı Agentliyi diplomu tanınmayan universitetlərin siyahısını saytında yayımlayacaq.

"Azerinews.az" xəbər verir ki, bunu TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov deyib.

Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Medianın İnkişafı Agentliyinin birgə media nümayəndələri üçün təşkil etdiyi infosessiyada danışan sədr bildirib ki, bəzi vətəndaşların kvalifikasiyası olmayan universitetlərə üz tutduqları üçün TKTA-nın sayında daxili kvalifikasiyası olmayan universitetlərin siyahısı dərc olunacaq: "Vətəndaşlar xaricdə təhsil üçün universitet seçimi edərkən çətinlik çəkirlər və ya bilmədən akkreditasiyası olmayan ali təhsil müəssisələrinə üz tuturlar. Buna görə də, yaxın günlərdə Agentlik həmin universitetlərin siyahısını dərc edəcək. Həmçinin kvalifikasiyadan keçə bilməyən diplomların ekspertiza nəticələri saytda yerləşdirəcək. Burada aşkarlanan uyğunsuzluqların faizi göstəriləcək".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031