Şükür Həmidovun xatirəsi anıldı - Fotolar

1-04-2024, 13:42 152 dəfə baxılıb

 

İkinci Şəhidlər xiyabanında Azərbaycanın Milli Qəhrəmanı, İkinci Qarabağ müharibəsi şəhidi polkovnik Şükür Həmidovun doğum günü münasibətilə anım mərasimi keçirilib.

Müdafiə Nazirliyindən (MN)  verilən məlumata görə, anım mərasimində qəhrəmanımızın şərəfli həyat yolundan, vətənpərvər zabit kimi Azərbaycan Ordusunda qüsursuz xidmətindən, xüsusilə də Aprel döyüşləri və Vətən müharibəsi zamanı keçdiyi döyüş yolundan danışılıb.

Qeyd olunub ki, polkovnik Şükür Həmidovun qəhrəmanlığı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib, o xidməti dövründə müxtəlif orden və medallara təltif olunub.  

Mərasimdə çıxış edənlər şəhid zabit ilə bağlı xatirələrini bölüşüb, Milli Qəhrəmanın timsalında bütün şəhidlərimizin xatirəsinin daim əziz tutulacağı vurğulanıb.

 









Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031