Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib

Bu gün, 16:53 2 dəfə baxılıb

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib

İyulun 2-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Prezident Administrasiyasının Müdafiə Sənayesi Agentliyinin sədr müavini Mustafa Murat Şekerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, görüşdə müdafiə naziri ölkələrimiz arasında həyata keçirilən birgə hərbi sənaye layihələrinin ordularımızın müdafiə qüdrətini daha da artıracağından əminliyini ifadə edib.
Göstərilən qonaqpərvərliyə görə general-polkovnik Z.Həsənova minnətdarlığını bildirən cənab M.M.Şeker bu cür görüşlərin qardaş ölkə ilə mövcud hərbi əməkdaşlığın genişləndirilməsində xüsusi rol oynadığını vurğulayıb.
Səfər çərçivəsində nümayəndə heyəti müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ilə görüşüb.
Görüşdə xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin hərbi əməkdaşlığın yüksələn xətlə inkişafına böyük təsir göstərdiyi qeyd olunub.
Keçirilən hər iki görüşdə tərəflər ölkələrimiz arasında hərbi əlaqələrin inkişaf perspektivləri, o cümlədən peyk texnologiyaları, radioelektron mübarizə, insansız sistem və digər sahələrdə süni intellektin tətbiqinə dair ətraflı fikir mübadiləsi aparıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031