Rusiyanın “İrAero” aviaşirkəti Ufadan Bakıya uçuşları bərpa edir

Rusiyanın “IrAero” aviaşirkəti aprelin 4-dən Ufa hava limanından Bakıya uçuşları bərpa edəcək.
"Azerinews.az" aviadaşıyıcıya istinadən xəbər verir ki, Ufa-Bakı marşrutu üzrə uçuşlar cümə axşamı günləri "Superjet-100" təyyarəsi ilə həyata keçiriləcək.
Qrafikə əsasən, təyyarə Ufadan Bakıya yerli vaxtla saat 11:00-da yola düşəcək və saat 12:40-da Azərbaycanın paytaxtına çatacaq. Uçuş müddəti 2 saat 40 dəqiqədir.
Uçuşlar cari ilin aprelin 4-dən oktyabrın 24-dək müddətdə həyata keçiriləcək.
Ufa hava limanından verilən məlumata görə, Ufadan Bakıya uçuşlar həmçinin “Azerbaijan Airlines” (AZAL) və “Utair” şirkətləri tərəfindən həyata keçirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: