Çiyələklə bağlı - Xəbərdarlıq

29-05-2024, 17:07 104 dəfə baxılıb

 “Mövsümün ən dadlı meyvələrindən biri olan çiyələk bəzi insanlarda allergik reaksiyalara səbəb olur”.

“Azerinews.az” xəbər verir ki, bununla bağlı məlumatı Kliniki Tibbi Mərkəz yayıb. 

Xəbərdarlıqda deyilir ki, bu allergik reaksiya orqanizmin çiyələyin tərkibindəki zülallara qarşı həssaslığı nəticəsində yaranır. Özünü yüngül qaşınmadan şiddətli dəri səpgilərinə və ya tənəffüs problemlərinə qədər dəyişən əlamətlərlə büruzə verir.

Çiyələk allergiyasının simptomları müxtəlif olur. Bu allergiya ağızda və boğazda qaşınma, dodaqların və dilin şişməsi, dəri səpgiləri, qızartı və qaşınma, sulu və qaşınan gözlər, burun tıxanıqlığı və asqırma və s. kimi simptomlarla özünü göstərir. 

Çiyələk qəbul etdikdən dərhal sonra və ya bir neçə saat ərzində bu əlamətlərdən biri və ya bir neçəsi müşahidə olunarsa, mütləq həkimə müraciət etmək lazımdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930