Uşaqlar arasında yayılan infeksiya: Ən çox ürəyə və böyrəyə... - Pediatrlardan XƏBƏRDARLIQ

8-05-2024, 00:30 114 dəfə baxılıb

 Son günlər uşaqlar arasında infeksiyaya yoluxma halları artıb.

Bakıvaxtı.az xəbər verir ki, bu infeksiya streptokok tərəfindən törədilən xəstəliklərdir.

Bəs görəsən, bu infeksiya nədir və ondan qorunmaq üçün nəyə diqqət etmək lazımdır?

Bu barədə pediatr Vaqif Qarayev bildirib ki, streptokok törədicidir və onlar müxtəlif olur. Onun sözlərinə görə, indi yayılan streptokokun bir növü tərəfindən yoluxdurulan skarlatindir və ondan əlavə ayrıca streptokok tərəfindən törədilən bir infeksiya var. Ancaq skarlatin daha çox tanınan xəstəlikdir:

“Qızdırma, angina, bədəndə səpgilər kimi çox xarakterik simptomları var. Boğaza baxanda, elə bil ki, yanır, parlaq qızartı görünür, dil bildiyimiz moruğa bənzəyir. Sifətin qızartılı və səpgili fonunda ağızətrafı avazıyır. Dümağ olur. Yəni ağızətrafı ağdır, amma sifət yanar qırmızı fonda səpgilidir”.

Pediatr bunun digər səpgili infeksiyalardan fərqli olduğunu qeyd edərək söyləyib ki, bu zaman nöqtəvari səpgilər olur və biz buna skarlatin deyə bilərik.

Müsahibimiz streptokok tərəfindən törədilən başqa infeksiyalarda belə əlamətlərin olmadığını nəzərimizə çatdırıb:

“Səpgi olacaq, boğazda ağrı olacaq, amma belə gözə girən angina görmürük: dil moruğa bənzəmir, ağ ərplə örtülə bilər, amma qırmızı hissəciklər olmur”.

Bu əlamətlər olarsa, uşağı həkimə apararaq yaxma götürülməsini valideynlərə məsləhət görən V.Qarayev bunun müalicəyə tabe olan və müalicə ilə idarə edilən bir xəstəlik olduğunu deyib. Bildirib ki, mütləq antibiotik təyin olunmalıdır.

Həmsöhbətimiz skarlatinin çox ciddi fəsadlarının olduğunu da qeyd edib və ən çox ürəyə və böyrəyə ağırlaşmalar verdiyini söyləyib:

“Sadəcə valideynlər bilməlidirlər ki, qızdırma, səpgi, boğazda ağrı varsa, dərhal həkimə müraciət olunmalıdır ki, vaxtında antibiotik müalicəsi başlanılsın və fəsadlarla qarşılaşmasın”.

Pediatr Qoşqar İsmayılov bildirib ki, streptokok infeksiyaları bizim ağız boşluğumuzda qeyri-patogen halda yaşayır.

Onun sözlərinə görə, immun sistemi zəifləyəndə, müəyyən viruslar keçirəndə onlar aktiv hala, patogen hala keçir və müxtəlif xəstəliklərə səbəb olur:

“Xüsusən də ağız boşluğunda yuxarı tənəffüs yollarının xəstəlikləri, məsələn, anginaya, tonzillitlərə, xüsusən də irinli tonzillitə səbəb ola bilər. Ona görə vaxtında həkimə müraciət etmək lazımdır”.

Bu infeksiyanın bakterial infeksiya olduğunu deyən Q.İsmayılov valideynlərə uşaqları düzgün qidalandırmağı, yuxu rejiminin normal olmasına diqqət etməyi məsləhət görür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930