Bıçaqlanaraq öldürülən Vasif Həsənovla Yaqub Həsənov arasında borc pul məsələsinin olması müəyyənləşib
Dünən gecə Gəncədə törədilən qətlin bəzi detalları məlum olub.
“Azerinews.az” xəbər verir ki, ilkin araşdırmalar zamanı bıçaqlanaraq öldürülən 38 yaşlı Vasif Həsənovla 28 yaşlı Yaqub Həsənov arasında borc pul məsələsinin olması müəyyənləşib.
V.Həsənov Gəncədə kirayəyə xeyir-şər çadırı verməklə məşğul olub. Yaqub Həsənovun kirayə avadanlıqla bağlı mərhuma 230 manat məbləğində borcu yaranıb. Borcdan 200 manat ödənilsə də, 30 manat qalıb. Mübahisənin tərəflər arasında məhz bu səbəbdən düşdüyü və Vasif Həsənov kəsici alətlə qətlə yetirildiyi iddia edilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.