Nicat Abasov Karuana ilə qarşılaşacaq

5-04-2024, 23:30 107 dəfə baxılıb

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.

“Azerinews.az” xəbər verir ki, 28 yaşlı qrossmeyster II turda ABŞ təmsilçisi Fabiano Karuana ilə üz-üzə gələcək.

O, bu dəfə qara fiqurlarla oynayacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. Abasov ilk turda rusiyalı Yan Nepomnyaşi ilə, Karuana isə ABŞ-nin digər şahmatçısı Hikaru Nakamura ilə heç-heçə edib – 0,5:0,5.

Bu gün həmçinin Hikaru Nakamura – Santoş Vidit (Hindistan), Rameşbabu Praqnanandha – Dommaracu Qukeş (hər ikisi Hindistan), Yan Nepomnyaşi (FIDE) – Əlireza Firuzca (Fransa) görüşləri də baş tutacaq.

Yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031