Bakıda kişi qətlə yetirildi, qadın saxlanıldı
Bu gün saat 9 radələrində paytaxtın Sabunçu rayonunun Sabunçu qəsəbəsindəki evlərin birində 1986-cı il təvəllüdlü Samir Yanvar oğlu İsrafilovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
"Azerinews.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü Ruhiyyə Mürvət qızı Tahirova polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır