Qazinin intihar səbəbi
44 günlük Vətən müharibəsi, zəfər salnaməsi igid Azərbaycan oğullarının qanıyla yazıldı. Qanıyla tarix yazanlar, canını Vətən uğrunda qurban qoyanlar Azərbaycan xalqının ən həssas nöqtəsidir. Ən qəddar insan belə Şəhid adı çəkiləndə qüssəyə bürünür. Qazi adı gələndə hörmət və ehtiram nümayiş etdirir.
Bəs görəsən, cəmiyyətimizi ağuşuna alan qazi intiharlarının səbəbi nədir?
Vətəni azad edib azadlığa çıxanlar azad dünydada, müstəqil Azərbaycan torpaqlarında niyə yaşamaq istəməyib, ölümü seçirlər.
Yaxın günlərdə mediada yayılan xəbər və görüntülər damarında türk qanı axan hamını pərişan etdi. Daşkəsən rayonu Çıraqlı kənd sakini, İkinci Qarabağ müüharibəsi qəhramanı Ədalət İsmayılov intihar edib.
Hadisə rayonun mərkəzində qeydə alınıb. Rayonun Çıraqlı kənd sakini 1996-c il təvəllüdlü Ədalət İsmayılov üzərinə benzin törəkərək özünü yandırıb.
Video görüntülərdən məlum olur ki, sakinlərin xilasetmə səylərinə baxmayaraq qazinin həyatını xilas etmək mümkün olmayıb.
Ağır yanıq xəsarətləri alan 28 yaşlı Ədalıt İsmayılov Gəncə şəhərində yerləşən xəstəxanaların birinim reanimasiya şöbəsinə yerləşdirilib.
Yaralı vəziyyətin ağır olduğundan Bakı şəhərinə aparılır.
Nə yazıq ki, Bakıdadakı həkimlərdə Ədaləti xilas etməkdə aciz qalıblar.
Özü öz ölümünə fərman verən ədalətin ədalətli olmağına heç kimin şübhəsi yoxdur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, 10-FA-497 nömrəli Q.Həsənova məxsus avtomobil sürücülük hüququ və etibarnamə olmadan, Vətən müharibəsi iştirakçısı, 1996-cı il təvəllüdlü İsmayılov Ədalət Fərman oğlu tərəfindən idarə edilir.
Ə.İsmayılov polis əməkdaşlarına tabesizlik nümayiş etdirib.
Əməlində xırda xuliqanlığın tərkib əlamətləri olduğuna görə Ə.İsmayılov məhkəmə tərəfindən 60 manat məbləğində cərimələnib.
Heç kim inkar edə bilməz ki, Ədalət İsmayılov birinci qazi deyil ki, intihar edir.
İkinci Qarabağ müharibəsinin başa çatmasından dörd ilə yaxın vaxt keçməsinə baxmayaraq, Azərbaycanda onlarla müharibə veteranı - qazilər intihar edib. Bu, onların keçirdikləri sarsıntıların nəticəsi, yetərli psixoloji dəstək ala bilməməsi, sosial çətinliklərlə üzləşməsi kimi amillərlə izah edilir.
İntihar qarşısı alına bilən bir vəziyyətdir, ancaq travma sonrası stres pozunutusundan, depressiyadan əziyyət çəkən insanların digərlərinə görə intihar riski dəfələrlə yüksəkdir.
İstənilən travmatik yaşantıda üç tərəf var: travmanı verən, travma alan, şahidlər.
Buna travma üçbucağı deyirlər. Bilməliyik ki, travma alan insanın yaxşılaşması travma verəndən yox, şahidlərin davranışlarından asılıdır. Məmurundan tutmuş sıravi insana qədər bütün Azərbaycan cəmiyyəti bu insanların məruz qaldığı travmaya doğru şahidlik etməlidir.
Müharibə dəhşətlərini yaşayan hərbçilərə istər cəmiyyət, istər məmurlar, istərsə də ailəsi anlayış göstərməlidir. Çünki bu insanlar ciddi psixi sarsıntı yaşayıblar və daima həyəcan vəziyyətindədirlər. Adi insanı əsəbləşdirməyən şeylər onları bir anda özündən çıxara bilir
İstənilən Azərbaycan vətəndaşı qazilərlə daha səbrli və dözümlü davranmalıdır. Hər hansı xırda qığılcım onların özündən çıxmasına və qeyri-adekvat davranmasına səbəb ola bilir.
Ədalət İsmayılovun və digər qazilərin intiharları həmin qığılcımlardan başlayıb alovlanıb və sönən ocaqların təməli qoyulub.
Sağlamlığını Vətən yolunda, xalqın firavan yaşaması uğrunda qurban edənlərə cəmiyyət, xalq nəyi qurban edir?
Quru anlayışı, səbr və zamanı onlara çox görənlər gözəgörünməyən qatil vəzifəsini icra edirlər.
Cəmiyyətin, əsasəndə məmur və vəzifədə olanların bu mövzuda maariflənməməsi, qazi və müharibə iştirakçılarının travmatik yaşantılarını anlamaması hələ çox intiharlara yol açacaqdır.
Allah rəhmət etsin, Ədalət İsmayılov! Gəncliyini, səadətini qurban verdiyin xalqın səni yaşada, xilas edə bilmədi!